“Televiziyadan tam ayrılacağım ilə bağlı xəbərlər doğru deyil”
Tarix: 20-04-2018, 11:21



Xəbər verdiyimiz kimi, ATV kanalının aparıcısı Ceyhun Əli yeni rəhbər vəzifəyə təyin olunub. Aparıcı "AzerTelecom" şirkətində İctimaiyyətlə əlaqələr və Korporativ Kommunikasiya Departamentinin rəhbəri vəzifəsinə təyin edilib.
 
 Ceyhun Əlinin televiziya ilə yollarını ayıracağı və artıq televiziya məkanı ilə vidalaşacağı haqda xəbərlər yayılıb.
 
Bu haqda Modern.az-a açıqlama verən aparıcı təyinatı ilə bağlı xəbəri təsdiqləyib, amma televiziyadan ayrılacağı ilə bağlı xəbərlərin tam doğru olmadığını bildirib.
 
Qeyd edək ki, bu gün özünün rəsmi facebook səhifəsində məlumat yerləşdirən Ceyhun Əli bunları qeyd edib.
 
“"AzerTelecom" şirkətinin rəhbərliyi ilə aparılan danışıqlardan sonra yaradıcı şəxs olaraq, potensialımı İctimaiyyətlə əlaqələr və Korporativ Kommunikasiya sahəsində inkişaf etdirməyə qərara verdim. AzerTelecom şirkətinin hədəfə aldığı irimiqyaslı layihələrin həyata keçirilməsində yeni komanda ilə çalışmaq sevincini də sizinlə paylaşmaqdan məmnunam. Qeyd edim ki, aparıcı və telejurnalist olaraq fəaliyyətim dövründə Azad Azərbaycan MTRK-nın həyatımda çox böyük rolu olub. Məhz bu səbəbdən ATV kanalı ilə əməkdaşlığı hər iki tərəfin razılığı əsasında bundan sonra da davam etdirəcəyəm. Hər birinizə hörmət və ehtiramımı ifadə edirəm!”
 
Qeyd edək ki, Ceyhun Əli peşəkar televiziya aparıcısı olmaqla yanaşı, müxtəlif forum və konfransların spiker və moderatorudur. Bununla yanaşı, o, müxtəlif yerli və xarici şirkətlərlə korporativ kommunikasiya, nüfuz menecmenti, brendlərin inkişaf etdirilməsi istiqamətində əməkdaşlıq edib.

Paylaş: