Kamran Həsənlidən Rusiyadakı azərbaycanlıları təhqir etməsi xəbərinə REAKSİYA
Tarix: 20-04-2018, 10:50



Tanınmış teleaparıcı Kamran Həsənli Rusiyada yaşayan azərbaycanlıları təhqir etməsiylə bağlı yayılan xəbərlərə münasibət bildirib.
"Ölkə.Az"ın məlumatına görə, teleaparıcı bu kimi məlumatları təxribat adlandırıb:
"Rusiyada çox təhlükələrlə üz-üzə qalıb çörək qazanan soydaşlarımıza həmişə sevgi ilə yanaşan adam olduğumu hər kəs bilir. Verilişdə dediklərimə diqqət edin və aranı qatmayın. Rusiya bizi Rəşid Behbudovla, Müslüm Maqomayevlə, Arif Məlikovla, yüksək musiqi mədəniyyətinə sahib millət kimi tanıyıb.Zövqsüz, qeyri-peşəkar musiqiçiləri ora dəvət edib, onları millətimizin populyar sənətkarları kimi tanıtmaq yaxşı deyil".

Paylaş: