“Mənə heç kim qadağa qoya bilməz”
Tarix: 20-04-2018, 10:33



Azərbaycanlı repçi Qurd ilk dəfə çəkdirdiyi klip və mahnıya təqdimat mərasimi təşkil edib. “Qafqazinfo” xəbər verir ki, rejissoru Nicat Zeynallı olan layihə “Deyin ona” adlanır. 
Repçi bəstənin adının illər öncə əməkdar artist Röya Ayxan və müğənni Samir Cavadzadənin dueti ilə eyni olmasına da münasibət bildirib:
“Röya və Samir Cavadzadə yetəri qədər sözünü demiş sənətçidirlər. Amma “Deyin ona” sözü brend deyil və onun heç bir sahibi yoxdur. Həmin sözü hər kəs istifadə edə bilər. Fikrimcə, mənə heç kim qadağa qoya bilməz”.

Qurd klipində bir qədər çəkisi olan xanımları çəkməsinə də aydınlıq gətirib:
“Klip şərq üslubunda çəkilib.  Hamıdan fərqli olaraq mən bir az kilolu xanımları dəvət etdim. Çünki şərq xanımları belə dolu olurlar”. 









Paylaş: