Aygünlə Günay eyni geyimdə
Tarix: 20-04-2018, 09:57



Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva xalq artisti Aygün Kazımovanın geyimini təkrarlayıb. 
“Qafqazinfo” xəbər verir ki, model aparıcısı olduğu “Tarzınız olsun” proqramında Kazımovanın bir neçə ay bundan əvvəl fotosessiyası üçün istifadə etdiyi paltarı seçib.
Musayeva proqramdan çəkilən fotoları instaqram səhifəsində paylaşıb. 

Qeyd edək ki, hər iki məşhurun seçdiyi libas Türkiyə və Azərbaycanda tanınan dizayner Rüfət İsmayıla məxsusdur. 

 







Paylaş: