Aygün Səmədzadə bəstəkarları oğurluqda ittiham etdi: “Halal eləmirəm”
Tarix: 19-04-2018, 16:36



Əməkdar incəsənət xadimi Aygün Səmədzadə həmkarlarını oğurluqda ittiham edib.
AzNews.az xəbər verir ki, bəstəkar həmkarları tərəfindən oğurlanan mahnıları onlara halal etmədyini bildirib:

“Mahnılarımdan oğurlanan hər sətrin fərqindəyəm. Sadəcə, haqqınızda mənim danışmağım sizin üçün şərəf olar. Özünüzü görəndə də bir söz demirəm, amma halal eləmirəm. Və nə vaxtsa itirdikləriniz, bir vaxtlar oğurladıqlarınızla yaratdığınız bu plagiatlarla da bağlı ola bilər. Oğurluğun maddi və mənəvi fərqi yox. Hər ikisi ağır və bumeranqdır, yəni qayıdacaq sizə. Amma mahnı şəklində yox. Allah istəsəydi, bu istedadı sizə özü verərdi”.
Aygün Səmədzadə mahnılarının oğurlanması ilə bağlı müğənnilərə də üz tutub: “Haqqımıza girməyə bu qədər imkan yaratmayın”.

Paylaş: