"Oğlum razılıq versə, ikinci dəfə ailə qura bilərəm" — Əməkdar artist
Tarix: 19-04-2018, 16:27



"Oğlumu düşünərək ailə qurmamışam. Ancaq bəlkə də nə vaxtsa bu baş verər və mən ikinci dəfə ailə həyatı qura bilərəm"
Bu fikirləri "Ölkə.Az"a açıqlamasında Bakı Bələdiyyə Teatrının tanınmış aktrisası, əməkdar artist Hüsniyyə Mürvətova şəxsi həyatı barədə sualı cavablandırarkən səsləndirib.
Aktrisa qeyd edib ki, oğlunun 17 yaşı var və şəxsi həyatı övladının istəyinə bağlıdır:
"İndi oğlum pisi yaxşıdan ayırmağı bacarır. Əgər o ailə qurmağımı istəməsə, heç zaman onun fikrinə qarşı çıxmaram. Çünki heç nə övladımdan artıq deyil".
Qeyd edək ki, Hüsniyyə Mürvətovayla geniş müsahibəni sabah saytımıza oxuya bilərsiniz. Aktrisa müsahibədə sənət yeniliklərindən və şəxsi həyatından geniş söz açıb. 

Paylaş: