Tolikin videosunda “əli olduğu” deyilən əkizlərin prodüseri: “Hələ ki, susurlar…”
Tarix: 19-04-2018, 15:24



Prodüser Tarix Əliyevin (Tolik) qalmaqallı videsonunun yayılması ilə bağlı xəbər vermişdik.
Yenicag.az bildirir ki, sosial şəbəkələrdə bu kadrların Toliklə küsülü olan əkiz bacılar – Sevil, Sevincin əliylə yayıldığı iddia edilir.
Məsələ ilə bağlı  bacılarla əlaqə saxlamaq istəsək də, suallarımızı onların prodüseri Mehin Əliquliyeva cavablandırıb:
“Bu məsələdən xəbərimiz var. Bacılar əgər məsləhət bilsələr İnstaqram səhifələrində cavab verəcəklər. Lakin istəməsələr, danışmayacaqlar. Hələ ki, susurlar…”
Qeyd edək ki, Tolikin sözügedən videosunda onun əməkdar artist Röyanı söyməsi və  eyni zamanda çəkiliş meydanında təhqiramiz sözlər işlətməsi əks olunmuşdu.

Paylaş: