Gülüstan Əliyeva qastrola çıxır
Tarix: 19-04-2018, 15:04



Əməkdar artist Gülüstan Əliyeva Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə bölgələrimizdə konsert proqramıyla çıxış edəcək.
Bu barədə "Ölkə.Az"a müğənninin özü məlumat verib. Onun sözlərinə görə, "Ey vətən" adlanan layihə çərçivəsində Quba, Gəncə və Xaçmazda solo konsert verəcək:
"Qubada, Gəncədə və Xaçmazda bir neçə konsertim olacaq. Həmçinin bir neçə regionda açıq hava konsertləri verəcəm".
Qeyd edək ki, G.Əliyeva eyni zamanda Dövlət Opera və Balet Teatrının solistidir.

Paylaş: