Gəlin toyu təxirə saldı
Tarix: 15-07-2017, 12:03


Türkiyənin məşhur cütlüyü toyu təxirə saldı.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, həbsxanada olarkən uşaqlıq məhəbbəti Faruk Salmandan evlilik təklifi alan Türkiyənin tanınmış müğənnisi Deniz Seki toyunu təxirə salıb.
Belə ki, həbsdə olduğu müddətdə ciddi maddi itkilərə məruz qalan müğənni hazırda çox dəyərli iş təklifləri aldığı bir vaxtda, evlənib bal ayına çıxmağın düzgün olmadığını düşünür.
Qeyd edək ki, narkotik maddə ticarəti ilə məşğul olmaqda ittiham edilən və 3 ildir həbsdə olan tanınmış türkiyəli müğənni Dəniz Seki iyunun 17-də azadlığa çıxıb.

Paylaş: