"Rəqsanənin elə də böyük sənəti yoxdur" — Təranə Səmədova
Tarix: 18-04-2018, 15:33



"Rəqsanənin elə böyük sənəti yoxdur. Düşünürəm ki, onunla işləməyim, tanınmağında rol oynamağım yanlış idi".
"Ölkə.Az"ın məlumatına görə, bu fikirləri müğənni Rəqsanə İsmayılovanın keçmiş prodüseri Təranə Səmədova səsləndirib. Prodüser bildirib ki, Rəqsanə ilə iş birliyi pula görə olub:
"Həyatda etdiyim heç nəyə görə peşman deyiləm. Amma düşünürəm ki, bunu etməməliydim. Həmin iş birliyinin mənə yalnız maddi xeyri olub. Yəni, birlikdə çalışıb, pul qazanmışıq. Onu da deyim ki, Rəqsanə mənimlə işləyənə qədər tanınmağa başlamışdı. Ancaq bizim iş birliyimizdən sonra daha çox tanındı".

Paylaş: