Rəqsanədən Xatuna ağır sözlər: “Daşım düşüb başına”
Tarix: 18-04-2018, 10:56



Bir müddət öncə müğənni Xatunla Rəqsanə arasında yaranan qalmaqal yenidən alovlanıb.
Belə ki, bir müddət əvvəl Xatun mətbuata açıqlamasında  Rəqsanənin onun Moskva toylarında iştirakına mane olduğunu bildirib. Xatunun yenidən Rusiya toylarına getməsi məsələni bir daha gündəmə gətirib.
Rəqsanə Yenicag.az-a açıqlamasında iddialara cavab verib:
“Deyirlər ki, Rəqsanə hansısa müğənninin Moskva toylarında çıxışına imkan vermir. Rəqsanə Moskva şəhərinin qala qapılarında dayanıb camaatı güdmür ki, kim gəlir, kim gedir, kim toy edir, kim eləmir, kim kimi sifariş edir… Kimsə hansısa müğənnini bəyənməyibsə, yaxud da onunla bağlı fikrini dəyişib, əvəzində məni sifariş edibsə, bu, yalnız həmin müştərinin istəyinə, zövqü ilə bağlıdır. Əgər buna görə hələ də hansısa ifaçıda mənə qarşı qısqanclıq qalıbsa, deməli, problem məndə yox, onların ürəyindədir. Buradakı ən əsas toyları mən aparıram deyə, çoxlarının başına daşım düşüb”.
Müğənni bunları kiminsə öz xeyrinə reklam kimi istifadə etdiyini deyib:
“Yox əgər məqsəd kin deyil, adımdan istifadə edərək özünü reklam etməkdirsə, “Mən də Moskva toylarına gedirəm” deyə, vasitəmlə gündəm olmaqdırsa, bu da həmin müğənninin ucuzluğundan xəbər verir. Çünki bunu yəqin bilirəm ki, insan reklam olunmaq üçün özündən əskik ilə yox, özündən artıq olanla adının hallanmağını istəyər. Bu mənada kimin üçünsə çörək ağaçıyamsa, mənim hesabıma Moskva toyunu artıracaqsa, buyursun. Əvəzində Allah da mənə yüz qat artığını yetirsin”.

Paylaş: