Fəzail Miskinli: "Saz ona şıllaq atanlara qənim olacaq"
Tarix: 17-04-2018, 14:51



"Saza şıllaq atanlar, saz sizə qənim olacaq. Çünki saz müqəddəsdir".
Bu fikirləri "Ölkə.Az"a açıqlamasında tanınmış aşıq Fəzail Miskinli səsləndirib. F.Miskinli bildirib ki, bəzi aparıcılar sazı təhqir edirlər:
"Bir aparıcı efirdə dedi ki, saz niyə müqəddəs olur? Sözündən belə çıxdı ki, sazın bir hissəsi ağacdan, bir hissəsi dəmirdən olduğu üçün müqəddəs sayıla bilməz. O söz çox xətrimə dəydi. Həmin məclisdə əyləşən ustadlardan heç kim aparıcıya irad bildirmədi. Halbuki Koroğlu dəlilərini saz ifasından sonra seçərdi. Aşıq Cünunu çağırıb bir saz havası çaldırar, əlini seçəcəyi igidin nəbzinə qoyarmış. Əgər saz çalınanda o adamın nəbzinin döyüntüləri artmadısa, dəliləri sırasına qəbul etməzmiş. Türk qoşunlarının qarşısında aşıq gedib. Saz sənəti təkcə çalıb oxumaqdan ibarət deyil. Əgər saz çala bilirsənsə, silahın var, sözün yoxdursa, deməli, silahının gülləsi də yoxdur"
F.Miskinli dahi Bülbülün saz haqda dediklərini xatırladıb:
"Dahi Bülbül deyir ki, saz özündə bir neçə istiqaməti birləşdirir. Bəstəkarlıq, aktyorluq, rəqqaslıq saz sənətində birləşir. Bundan gözəl söz ola bilərmi".

Paylaş: