Xalq artistinin səhhəti ilə bağlı açıqlama - “Onurğa sütununda...”
Tarix: 17-04-2018, 12:14



Xalq artisti Fəxrəddin Manafovun səhhəti normaldır.
Bunu AzNews.az-a açıqlamasında Azərbaycan Kinemotoqrafçılar İttifaqının mətbuat xidmətinin rəhbəri Əli Vəliyev deyib. Onun sözlərinə görə, Fəxrəddin Manafov onurğa sütunu xəstəliyindən əziyyət çəkir:
“Fəxrəddin müəllimin səhhəti yaxşıdır. O, bütün müayinə proseslərini Almaniyada keçib. Ona görə hər dəfə özünü narahat hiss edəndə Almaniyaya gedir. Onurğa sütununda ağrılar var. Heç bir narahatlığa əsas yoxdur. Fəxrəddin müəllim dedi ki, Azərbaycana qayıdan kimi geniş açıqlama verəcək”.
Qeyd edək ki, xalq artsiti Fəxrəddin Manafovun səhhətinin pisləşməsi və bununla bağlı Almaniyaya aparılması barədə məlumat yayılıb.

Paylaş: