Opera ifaçısı Yusif Eyvazov "Qızıl Maska" ilə təltif edilib
Tarix: 16-04-2018, 09:49



 Yusif Eyvazov ilə Anna Netrebkonun dueti Rusiyada ilin ən yaxşı opera dueti seçilib.
"Report"un Rusiya bürosunun məlumatına görə, Rusiyanın ən dəyərli teatr mükafatını ər-arvad dueti Böyük Teatrın səhnəsində "Manon Lesko" operasını möhtəşəm ifa etdiklərinə görə qazanıblar.
Hazırda məşhur cütlük ABŞ-a səfərə hazırlaşdığından mükafatlandırma mərasiminə qatıla bilməyib. Onların yoxluğunda mükafatı Böyük Teatrın nümayəndələri qəbul ediblər. Onlar "Maska"nı sahiblərinə çatdıracaqlar.
Qeyd edək ki, "Manon Lesko" operasında rollardan birini Böyük Teatrın solisti, Azərbaycanın əməkdar artisti Elçin Əzizov ifa edib.

Paylaş: