“Aygün Kazımova mənim hərbi dostumdur...”
Tarix: 16-04-2018, 08:51



Xalq artistləri Faiq Ağayev və Aygün Kazımova tədbirlərdən birində bir araya gəlib.
 
UlduzumSan.Az-ın məlumatına görə, “Xəzər maqazin” verilişinin kameralarına tuş gələn müğənnilər maraqlı açıqlama ediblər.
 Belə ki,  F.Ağayev həmkarı ilə aralarında baş tutan yazışmalardan söz açıb:
 “O, mənim hərbi dostumdur. Sevdiyin insanları üfürə-üfürə qorumaq lazımdır.
 Hər səhər mənə müxtəlif dillərdə sabahın xeyir yazır. Mən də ona deyirəm ki, az, yenə də xortlayıbsan? Səhər saat 7dir.Biz bir-birimizə yeni layihələrimizi göndəririk.
 
F.Ağayev A.Kazımova ilə duet oxumasına da münasibət bildirib:
 
“Mən ona təklif etmişəm. Yəni oxumaq xətrinə duet ifa etmək istəmirik. Gərək elə mahnı bizi oxutsun”.

Paylaş: