Maral Tahirqızı: “Məni heç kəs verilişindən qova bilməz
Tarix: 13-04-2018, 11:24



Müğənni Maral Tahirqızı aparıcı Elçin Əlibəylinin onu verilişindən qovması xəbərinə aydınlıq gətirib.
Müğənni AzNews.az-a açıqlamasında bildirib ki, onu dəvət edildiyi verilişdən heç kəs qovmayıb:
“Məni heç kəs verilişindən qova bilməz. Mən özüm o verilişi tərk etdim. Videonun əvvəlini kəsiblər. Gördüm ki, veriliş qalmaqal yaratmaq məqsədi daşıyır. Ayağa qalxdım, dedim ki, mənə qalmaqal lazım deyil. Mən qalmaqalı sevmirəm, odur ki, verilişi tərk edirəm”.
Maral Tahirqızı qeyd edib ki, verilişdə söhbət sosial şəbəkələrdə izləyicilərlə bağlı olub: “Soruşur ki, sizi niyə sosial şəbəkədə çox izləyirlər. Mən də bildirdim ki, bunun günahkarı mən deyiləm. İzləyirlər, sağ olsunlar”.

Qeyd edək ki, aparıcı Elçin Əlibəylinin verilişə qonaq çağırdığı müğənni Maral Tahırqızını aşağılaması və verilişindən qovduğunu əks etdirən görüntülər sosial şəbəkədə yayılıb.

Paylaş: