“Görə bilərsiniz ki, Qarabağla bağlı nə qədər böyük əsərlər yazılır”
Tarix: 13-04-2018, 09:32



“Mənə elə gəlir ki, vətənpərvərlik mövzusunda olan mahnıların sayı çoxalır. Bu mahnılar gənclərimiz tərəfindən çox ürəklə və istəklə oxunur. Bir vaxtlar efirdən birbaşa deyirdik ki, hərənizin repertuarında azı vətənpərvərlik ruhunda bir mahnı olsun. Amma indi maşallah Azərbaycanımızı tərənnüm edən, vətənlə, torpaqla bağlı xeyli mahnılar yazılır”. 

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Mübariz Tağıyev vətənpərvərlik ruhunda yazılmış mahnılardan danışarkən deyib.

M.Tağıyev yaradıcılığındakı yeniliklərdən də danışıb, yeni mahnılar yazdırdığını bildirib:
“Mənim də vətənpərvərlik ruhunda mahnılarım var və yeniləri də hazırlanır. Sağlıq olsun, onları da həyata keçirəcəyik. Deyərdim ki, təkcə mahnı janrında yox, geniş həcmli simfoniyalar yazılır. Bəstəkarlar İttifaqının saytında da görə bilərsiniz ki, Qarabağla bağlı nə qədər böyük əsərlər yazılır. Düşünürəm ki, bu günü beş il əvvəl ilə müqayisə etsək, sənət aləmində vətənpərvərlik mahnılarının sayının on dəfə artdığını görərik”.

Paylaş: