Müğənni arvadının müdafiəsinə qalxdı: “Bizim ayrılmağımızı istəyirlər”
Tarix: 12-04-2018, 17:39



Türkiyənin tanınmış müğənnilərindən Serdar Ortac həyat yoldaşı Xloya Lounqhan barədə gəzən şayiələrə cavab verib.
O, həyat yoldaşına inandığını, insanların qeybəti sevdikləri üçün belə şayiələr uydurduğunu bildirib:
“Həyat yoldaşım elə bir qadın deyil. Bir-birimizi çox sevirik. Mənə xəyanət etməyəcəyinə tam əminəm, ona çox inanıram. Hazırda Amerikadadır. Orada çoxlu dostlarımız yaşayır. Onlarla görüşə, yemək yeyə bilər. Burda heç bir problem görmürəm”.
Sənətçi həyat yoldaşının açıq-saçıq fotolar paylaşmasına da münasibət bildirib:
“Mən ona qadağa qoya bilmərəm. Buna haqqım yoxdur. Qadağa qoysam, onun azadlığını məhdudlaşdırmış olacam. Paylaşdığı fotolarda da bir problem görmürəm. Dediyim kimi, sadəcə insanlar danışmağı sevir. Bizim ayrılmağımızı istəyirlər. Bu da olmayacaq”.
Prime-Time

Paylaş: