Bredin onunla sevgili olduğu ortaya çıxdı
Tarix: 12-04-2018, 15:07


Hollivudun iki məşhur ulduzu: Ancelina Coli və Bred Pittin boşanmağından artıq iki il ötüb. “Qafqazinfo” xəbər verir ki, onların başqaları ilə sevgili olması barədə onlarla xəbər yayılsa da, iki ulduz şayiələrə reaksiya verməyib. 
Lakin Amerikanın “US Weekly” və “People” kimi məşhur dərgiləri Bred Pitt barədə yeni bir iddia ortaya atıb. 
Bildirilir ki, 54 yaşlı aktyor Massachusetts Texnologiya İnstitunun professoru, memar Neri Oxmanla sevgilidir. 
Pittlə 42 yaşlı Oxman ötən ilin payızında tanış olublar.  Hətta aktyorun bu yaxınlarda Oxmanın evinə köçəcəyi iddia edilib. 









Paylaş: