"Aygün Kazımova dünyanı gəzəndə hələ Röya yox idi" – Flora Kərimovadan sərt Reaksiya
Tarix: 10-04-2018, 17:32



Əməkdar artist Röya Ayxan Xəzər televiziyasında “Xəzər maqazin”-ə verdiyi müsahibədə bir neçə dəfə xalq artisti Aygün Kazımovaya sataşıb.

Röya Ayxan “Xəzər mazazin”-ə açıqlamasında verəcəyi konsertdə “nə göydən sallanacam, nə də şpaqat açacam”-deyib.

Daha sonra isə Aygün Kazımovanın “Həyatımda heç kim olmayanda çox çalışıram. Sevgi olanda işləmək olmur” sözlərinə isə “Mənim həyatımda adam varasa da, yoxsa da mən işləyirəm”-deyə Röya reaksiya verib.

Xalq artisti Aygün Kazımova və Röya Ayxan arasında olan bu atışma sosial şəbəkələrdə müzakirə olunub. Onlar iki sənətçini də “Diva” adlandırıb. Bunun nəticəsində Aygün Kazımovanın fanatları ölkədə bir dənə “Diva” var, o da Aygün Kazımovadır-deyə yazıblar və müzakirələr daha da geniş vüsət alıb.

Baş verən qalmaqala münasibət bildirən xalq artisti, böyük sənətkar Flora Kərimova isə Bizim Yol-a açıqlamasında onların sənət davası etmələrini aruzulayıb.
“Mən başa düşə bilmirəm ki, bu “Diva” adı nə addır ki, onun üstündə dava gedir. Bunlar sənət davası etsinlər. Bu sənətdə iz qoymaq davası etsinlər. Bunlar biabırçı müzakirələrdi, adı müğənnilərə xalq verər, müğənni özü-özünə ad verməz. Aygün Kazımova səhnəyə yeniliklər gətirib. O konsert verib dünyanı gəzəndə, hələ Röya yox idi. Aygün Kazımova haqda nəsə demək üçün gərək nəsə edəsən.”

“Mən sənətçilərdə iki şeyə, bir şəxsiyyətə, bir də sənətə fikir verirəm. Onlar hər ikisi anadı. Sabah kiminsə qapısını döyəcəklər və ya bunların qapısı döyüləcək. Ona görə belə şeylərə fikir versinlər



Paylaş: