Keçmiş Kainat Gözəli: “Tramp mənə yatmaq təklif etdi”
Tarix: 10-04-2018, 17:27



1996-cı ildə “Miss Universe” seçilən venesuelalı Alisia Maçado televiziya verilişində Trampla bağlı açıqlamalar verib.
“Ölkə.Az” xəbər verir ki, Alisia dünya gözəli seçildikdən sonra Trampdan bir neçə dəfə cinsi münasibət qurmaq barədə təklif aldığını deyib.
41 yaşlı gözəl israrlara rəğmən, Trampa yox dediyini və heç bir vaxt əlaqə saxlamadığını qeyd edib. 1990-cı ildə isə “Miss Universe” müsabiqəsini Donald Tramp təşkil etmişdi.
Maçao qeyd edib ki, ABŞ prezidenti o illərdə onu “Miss Housekeeping” (xidmətçi xanım) və “Miss Piggy” (Donuz xanım) ləqəbi ilə çağırıb.
Dünya gözəli kökəldiyi üçün Trampın ona verdiyi ləqəbləri ABŞ-da keçirilən prezident seçkilərindən əvvəl gündəmə gətirmişdi. Tramp isə Tvitter səhifəsində Kainat Gözəlini “iyrənc” adlandırmışdı.

Paylaş: