Canlı efirdə "bayağı ifaçı deyildi, verilişi tərk etdi
Tarix: 10-04-2018, 11:49



Kamran Həsənlinin aparıcısı olduğu "Onda başladıq" verilişində bayağı mahnıların müzakirəsi zamanı gərgin anlar yaşanıb.
 "Ölkə.Az"ın məlumatına görə, müğənni Elvin Mirzəzadə bayağı ifaçı kimi təqdim olunmasına etirazını bildirib.
Əməkdar artist Təyyar Bayramov və bəstəkar Rauf Məmmədov sənətçiyə aparıcı tərəfindən deyilən sözlərin yanlış anladığını izah etməyə çalışıblar. K.Həsənli də E.Mirzəzadənin ifa etdiyi "Düşün məni" mahnsını bəyəndiyini diqqətə çatdırıb. Lakin gənc ifaçı "bayağı ifaçı" sözündən inciyərək verilişi tərk edib.

Paylaş: