Rihannanın ərəb sevgilisi ilə hovuz keyfi — FOTOLAR
Tarix: 29-06-2017, 11:28


Müğənni Rihanna Səudiyyə Ərəbistanından olan milyarder ilə görüşür.

"Ölkə.Az" xəbər verir ki, müğənninin yeni sevgilisi ilə hovuzda öpüşərkən çəkilən fotoları mətbuata sızdırılıb. Bildirilir ki, Rihannanın yeni sevgilisi iş adamı Hassan Camildir. Onun 1.5 milyard dollarlıq sərvəti var.
Məlumata əsasən Hassan Səudiyyə Ərəbistanındadır və "Toyota" şirkətinin varisidir. Bu yaxınlara qədər iş adamı model Naomi Kempbell ilə münasibətləri ilə məşhur idi. Rihanna dostlarına aşiq olduğunu, sevgilisi ilə birlikdə gözəl vaxt keçirdiyini bildirib.
Camil "Abdul Latif" şirkətinin direktorlar şurasının vitse-sədri və prezidentinin müavini postunu tutur. Bu şirkət onun ailəsinə məxsusdur və dünyanın nəhəng şirkətlərindən biridir.
Qeyd edək ki, Rihanna ötən ilin oktyabr ayında sevgilisi Dreykdən ayrılıb.





Paylaş: