Maksim 68 yaşlı Allanın çimərlik fotosunu paylaşdı
Tarix: 16-06-2017, 11:21


Aparıcı Maksim Qalkin həyat yoldaşı, Rusiyanın xalq artisti Alla Puqaçova ilə Yurmalada dincəlir. 

Axşam.az Rusiya mediasına istinadən xəbər verir ki, aparıcı sosial şəbəkədə Baltik dənizi sahillərində xanımı və uşaqları ilə çəkilmiş fotosunu paylaşıb. Foto qısa müddətdə 100 mindən çox “like” toplayıb.

Bundan başqa, Maskim 68 yaşlı xanımının çimərlik fotosunu da paylaşıb.
 
Qeyd edək ki, Maskim Qalkinlə Alla Puqaçovanın Liza və Harri adlı əkizləri var. 





Paylaş: