Məşhurlar yenidən bir arada - Tarixi serial gəlir
Tarix: 3-08-2017, 11:29


Fatih Sultan Mehmed obrazına həyat verəcək Kenan İmirzalıoğlunun tərəf müqabili Cansu Dere olacaq.
AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Osmanlı Dövlətinin ən əhəmiyyətli padşahlarından olan və 21 yaşında İstanbulun fəthi ilə tarixdə qalan Fatih Sultan Mehmedin həyatından bəhs edən "Fatih" serialının aktyor heyəti məlum olub. Serialda Fatih Sultan Mehmedi canlandıracaq olan Kenan İmirzalıoğlunun partnyorunun Cansu Dere olacağı iddia edilir.
Dekabr ayında Kanal D-də ekrana gələcək tarixi serialda 15 məşhur iştirak edəcək. Fahriye Evcen və Çetin Tekindor kimi məşhurlarla də görüşən istehsal şirkəti, serialı Bursanın Karacabey mahalında qurulan platoda və İstanbulun tarixi yerlərində çəkəcək. Bir çox məşhurlar da qonaq aktyor qismində serialda iştirak edəcək.

Paylaş: