Adil Bağırovun 80 illik yubileyinə həsr olunmuş gecə keçiriləcək
Tarix: 23-06-2017, 15:07



Azərbaycanın xalq artisti, “Şöhrət” ordenli, Azərbaycan Televiziya və Radiosunun Əhsən Dadaşov adına “Xatirə” Xalq Çalğı Alətləri ansamblının bədii rəhbəri Adil Bağırovun 80 illik yubileyinə və 60 illik səhnə fəaliyyətinə həsr olunmuş gecə keçiriləcək.
 
APA-nın məlumatına görə, AzTV, “Mədəniyyət” telekanalı və Azərbaycan Radiosunun təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi olan gecənin aparıcısı Azad Şükürov olacaq.
 
Konsertdə əməkdar artistlər Almaz Orucova, Zakir Əliyev, Cabir Abdullayev, Təyyar Bayramov və müğənnilər Kamilə Nəbiyeva, Aytən Məhərrəmova, Günay İmamverdiyeva, Abgül Mirzəliyev, Sərxan Bünyadzadə və  Elnur Zeynalovun çıxış edəcəyi gözlənilir. Gecə boyu müğənniləri “Xatirə” ansamblı müşayiət edəcək.  
 
Qeyd edək ki, tədbirin informasiya dəstəyi APA informasiya agentliyi,APA TV, Lent.az, Vesti.az-a məxsusdur. 

Paylaş: