Əməkdar artistin başını külqabıyla yardılar - VƏZİYYƏTİ AĞIRDIR
Tarix: 24-05-2017, 09:35



Azərbaycanlı aktrisanın başı yarılıb, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Mingəçevir Dövlət Dram Teatrının aktrisası, əməkdar artist Ella Yaqubova başından ağır xəsarət alıb.
 
Mediafax.Az-a verilən eksklüziv məlumata görə, teatrın aktyorları Asim Məmmədov və İlqar Rəhimovun mübahisəsi sonda davaya çevrilib.

Aktyorlardan birinin digərinə atdığı külqabı araya girən aktrisanın başını yarıb.

Əməkdar artist dərhal xəstəxanaya yerləşdirilib.

Aktrisanın durumunun ağır olduğu bildirilir.

Paylaş: