“Pole çudes”in əfsanəsi Qarabağın oyununda: "Mən azarkeş deyiləm”
Tarix: 12-07-2017, 10:48



Məşhur rusiyalı teleaparıcı Leonid Yakuboviç dünən baş tutan “Qarabağ”- “Samtredia” ilə matçını tribunadan izləyib. Komandamıza azarkeşlik edən Yakuboviç sonda jurnalistlərin, o cümlədən Sport24.az-ın əməkdaşının suallarını cavablandırıb. Ulduzumsan.Az həmin müsahibəni ixtisarla təqdim edir.
- Sizi Azərbaycanda səmimi qəlbdən salamlayırıq. Belə məşhur simanı Bakıda, özü Çempionlar Liqasındakı təmsilçimizin oyununda stadionda görmək bizim üçün xoş sürpriz oldu. Təəssüratlarını bilmək maraqlı olardı...
- Mən burda evdəki kimiyəm. Bura ilk dəfə gələndə hələ "KVN Bakı" komandası vardı. Biz şən və hazırcavablarla yarışırdıq, onda komandanızın kapitanı Yuli Qusman idi. Buna görə bu şəhərlə çoxlu xoş görüşüm olub.
- Sonuncu dəfə nə vaxt Bakıda olmusunuz?
- Yəqin ki, 2 il əvvəl.
- Paytaxtımız dəyişibmi?
- Möhtəşəm bulvar, fenomenal binalar. Həsəd aparıram. Ümumiyyətlə, ətrafda hər şey əsrarəngizdi. Zövqlə yaradılıb, çox xoşuma gəlir.
- Bəs "Qarabağ" haqda nə deyə bilərsiniz?
- Məsələ ondadır ki, mən azarkeş deyiləm. Mən futbolu sevirəm, ancaq heç kimə azarkeşlik etmirəm.
- Belə demək olar ki, Azərbaycanda, Bakıda ilk dəfə futbol matçındasınız...
- Bəli.
- Tofiq Bəhramov adına Respublika stadionumuz böyük tarixə malikdi, hələ SSRİ dövründə Vladimir Leninin adını daşıyıb...
- Tam fərqli təəssüratdı. Televiziorda bir cürdü, burda isə tamam başqa ab-havadı.
- Keçmiş postsovet məkanı təmsilçilərinin - Azərbaycanla Gürcüstanın qarşılaşmasını izləməyə gəlmisiniz. Kimə azarkeşlik edrisiniz?
- Futbola. Bu, baxımlı idman növüdü. İstərdik ki, bu, incəsənət olsun. Mən gözəlliyi, peşəkarlığı sevirəm. İstəyirəm ki, oyun tribunalarda əyləşənlər üçün əla olsun. Daha futbol matçı pul qazanmaq və stadionda qaçmaq olmasın. Bura çoxlu sayda insan gəlib ki, futbol izləsin, sevinsin, azarkeşlik etsin. Buna səbəb olmalıdı. Baxın, futbolçular əla oynayır.
- Verilişinizin iştirakçıları adətən nələrsə tapırlar. Siz oyunun hesabını tapa bilərsiniz? (müsahibə oyunun ilk hissəsində olub)
- Yox. Bunu etmək olmaz. Taleyi əvvəldən demək mümkün deyil.









Paylaş: