Hande Demetə yenə söz atdı - “Çempion mənəm…”
Tarix: 7-07-2017, 11:35


Türkiyəli pop ulduz Hande Yener həmkarı Demet Akalına yenə söz atıb.  “Qafqazinfo” xəbər verir ki, müğənni Bodrumdakı konsertindən sonra jurnalistlərin suallarını cavablandırıb.
Yener Akalının ifa etdiyi “Can düşmanım” mahnısını ona həsr etdiyini söyləyib: “Gah özəl, gah da can dost oluruq. Hər şey dəyişir. Baxın, ən çox musiqi yükləmə platformalarında birinciyəm. Çempion mənəm, üçüncü, beşinci kimdir?”. 
Hande doğruları danışdığı üçün daşa basıldığını söyləyib: “Bu sistemi anlamıram. Həmişə musiqiyə, şou aləminə yenilik gətirməyə çalışdım. 10 ildir ki, bunun üçün mübarizə aparıram. Amma sonda daşa basılıram. Çünki düzgünlüyü sevirəm”. 


 




Paylaş: