Hülya Avşardan Zəhra ilə bağlı paylaşım
Tarix: 7-07-2017, 09:25



Türkiyəli müğənni-aktrisa Hülya Avşar da ermənilər tərəfindən öldürülən 18 aylıq Zəhraya biganə qalmayıb.
Axşam.az-ın məlumatına görə, sənətçi 2,1 milyon izləyicisi olan İnstaqram səhifəsində “Bunun adı terrordur. Uşaq qatilləri cəzasız qalmamalıdır” başlıqlı yazı paylaşıb.
H.Avşar eyni zamanda Türkiyədə yaşayan iş adamı Mübariz Mənsimovun hadisə ilə bağlı şərhini paylaşaraq terroru lənətləyib.
Qeyd edək ki, bundan əvvəl müğənni Hadisə və Mahsun Kırmızıgül də Zəhra ilə bağlı paylaşım etmişdi.




Paylaş: