Rus iş adamı ukraynalı modeli 7 il ərzində zorlayıb
Tarix: 23-02-2018, 17:59

Rusiyalı iş adamı haqqında dünya mətbuatında qalmaqallı məlumatlar yer alıb.
Musavat.com xəbər verir ki, iş adamının əlindən xilas olan keçmiş ukraynalı model jurnalistlərə başına gələnləri danışıb.
18 yaşı olanda rus iş adamı R.Vyaçeslav tərəfindən qaçırılan Nataşa Serebriy 7 il boyunca əsarətdə qaldığını və dəfələrlə təcavüzə uğradığını açıqlayıb. Hətta təcavüzə uğrayan model rus iş adamından iki övlad da dünyaya gətirib. Nataşa iş adamının onu Türkiyəyə apararaq, orada dəfələrlə təcavüz etdiyini də deyib.
Hazırda 25 yaşı olan Nataşa “anoreksiya” xəstəliyinə yaxalanıb. Xəstəliyi ucbatından arıqlayaraq, 38 kiloya düşən gənc xanım hazırda normala dönmək üçün müalicə alır. Nataşanın iş adamının əlindən xilas olduqdan sonra daha bir neçə növ xəstəliyə yaxalandığı da aşkar olunub.

Genç Modeli 7 Yıl boyunca Cinsel İlişki Kölesi Olarak Kullandı! Üstelik 2 Tane de Çocuk Yaptı

Nataşa açıqlamasında rus iş adamının ailəsinin Moskvada yaşadığını deyib. Nataşa hazırda Moskvada şiddətə məruz qaldığı üçün qadın sığınacağına yerləşdirilib. Nataşanın dediyinə görə, rus iş adamı onu tanış olduqlarından 1 ay sonra döyməyə başlayıb. Daha sonra işgəncəyə təcavüzlərlə davam edib.

Genç Modeli 7 Yıl boyunca Cinsel İlişki Kölesi Olarak Kullandı! Üstelik 2 Tane de Çocuk Yaptı

İş adamı Vyaçeslav qadına telefondan istifadə etməyi və sosial şəbəkələrə daxil olmağı da qadağan edib. Nataşanın övladlarından biri 5 yaşında, digəri isə 3 yaşındadır.

Genç Modeli 7 Yıl boyunca Cinsel İlişki Kölesi Olarak Kullandı! Üstelik 2 Tane de Çocuk Yaptı

Nataşa iş adamının onu şirin vədlərlə aldatdığını deyib: “Mənə modelliyimlə bağlı təkliflər etdi. Gələcək karyerama və maddi durumuma kömək edəcəyini dedi. Lakin tanış olmağımızdan 1 ay sonra mənim üçün cəhənnəm həyatı başladı. Məni Türkiyəyə apardı və bütün sənədlərimi əlimdən aldı. Ondan hamilə qalanda övladımız olsa, bəlkə hər şey düzələr, dedim. Lakin o da olmadı. Məni bir kölə kimi saxlayırdı. Ailəmlə, dostlarımla ünsiyyəti də qadağan etdi. Onlarla da danışa bilmədim. Evin qapısı bağlı olurdu. Bütün günü evdə tək qalırdım. İndi azad həyat yaşadığım üçün çox xoşbəxtəm. Ümid edirəm ki, tez bir zamanda yaşadığım 7 illik qorxunc həyatı unudacağam”.
Onu da qeyd edək ki, sözügedən iş adamı hazırda Rusiya polisləri tərəfindən axtarılır.

Paylaş: