Xalq artistinin ailəsindən Mədəniyyət Nazirliyinə xəbərdarlıq: “Gəlsələr, onları qovacağıq”
Tarix: 3-07-2017, 13:15



“Ömrünü Azərbaycanın rəqs sənətinə həsr edən sənətkara belə hörmətsizlik elməzlər.”
Bunu AzNews.az-a açıqlamasında mərhumun nəvəsi Eldar Zülfüqarov Mədəniyyət və Turizm Nazirliyinin Xumar Zülfüqarovanın dəfn mərasimi ilə bağlı fikirlərinə münasibətində deyib. O, qeyd edib ki, Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları mərhumun yas mərasiminə gəlsə, ailənin üzvləri tərəfindən qovulacaq:
“Bunun cavabını alacaqlar, deyirəm və arxasında da dayanıram. Sadəcə, indi başım qarışıqdır. Bizim meyitimizi dəfn etməyə gücümüz var. Nazirliyin əməkdaşlarının vida mərasiminə gəlməsinə ehtiyacımız yoxdur. Gəlsələr, onları qovacayıq.”

Paylaş: