Xalq artisti Adil Bağırovun 80 illik yubileyi qeyd olunub
Tarix: 30-06-2017, 17:29


Beynəlxalq Muğam Mərkəzində xalq artisti, "Şöhrət" ordenli, Azərbaycan Televiziya və Radiosunun Əhsən Dadaşov adına “Xatirə” Xalq Çalğı Alətləri Ansamblının bədii rəhbəri Adil Bağırovun 80 illik yubileyinə və 60 illik səhnə fəaliyyətinə həsr olunan gecə keçirilib. 
Mərkəzin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tədbir Azərbaycan Televiziyası, “Mədəniyyət” kanalı, Azərbaycan Radiosunun təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi əsasında baş tutub.
Gecədə “Mədəniyyət” kanalının direktoru Ramil Qasımov, Milli Konservatoriyanın rektoru Siyavuş Kərimi və Üzeyir Hacıbəylinin Ev Muzeyinin direktoru və Bəstəkarlar İttifaqının katibi Sərdar Fərəcov çıxış edərək yubilyarı təbrik ediblər.
Konsertdə əməkdar artistlər Almaz Orucova, Zakir Əliyev, Təyyar Bayramov, müğənnilər Aytən Məhərrəmova, Elnur Zeynalov, Abgül Mirzəliyev, Kamilə Nəbiyeva, Günay İmamverdiyeva və Sərxan Bünyadzadə çıxış ediblər. 

Paylaş: