Azərbaycanlı məşqçinin faciəvi ölümü - Meyiti hələ tapılmayıb
Tarix: 29-06-2017, 13:19



“Miss Lafarella” insternet müsabiqəsinin iştirakçısı Günel Mirzəyeva faciəvi şəkildə dünyasını dəyişib. 
“Qafqazinfo” 1news.az-a istinadən xəbər verir ki, fitness məşqçisi dənizdə boğularaq həyatını itirib. Onun cəsədi hələ də tapılmayıb. 
Bu barədə Mirzəyevanın dostları sosial şəbəkədə məlumat yayıblar.
 “Günel dostları ilə birlikdə yaxta gəzintisinə çıxıb. Onlar birlikdə 200 metr uzaqlığa gediblər, yaxta aşıb. Günel üzə bilmirdi. Yanındakı şəxs xilas olsa da, onu tapmaq mümkün olmayıb.  Günelin cəsədi hələ də tapılmayıb, axtarışlar davam edir” - deyə bildirilib. 







Paylaş: