Ebru Gündəş paltarı ilə göz qamaşdırdı
Tarix: 28-06-2017, 11:22


Möhtəşəm səsi və repertuarıyla dinləyiciləri ovsunlayan türkiyəli məşhur müğənni Ebru Gündəş Ramazan bayramı münasibətilə keçirilən konsertdə səhnəyə çıxıb.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, səhnəyə çıxan türkiyəli müğənni xüsus olaraq 15 min svarovski daşlarla bəzənmiş sinə dekoltesi ilə diqqət mərkəzində olub.
Ebru Gündəş bayramı ilk günüdə Türkiyənin kurort şəhəri olan Antaliyada fəaliyyət göstərən “Sueno” otelində konsert verdikdən sonra, bayramın 2-ci günü isə “Kipr Elexus” otelində səhnəyə çıxıb.
Eyni zamanda, bayramın 3-cü günü Antaliyada “Sueno Beach” oteldə səhnəyə çıxan müğənni, sonrakı gündə isə “Kəmər” Festivalında onu sevən dinləyiciləri qarşısına çıxacaq.

Paylaş: