Mədət Quliyevin oğlu imkansız ailələrə bayram sovqatı payladı
Tarix: 26-12-2017, 10:39


Bir neçə gün əvvəl Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri, general-leytenant Mədət Quliyevin oğlu Murad Qulubəylinin insanları xeyirxah addım atmağa çağırdığı barədə məlumat vermişdik.
Gununsesi.info xəbər verir ki, bu barədə İnstagram hesabında məlumat verən Qulubəyli hər kəsi Yeni İldə imkansız ailələrə yardım etməyə çağırmışdı.
“Dekabrın 23-dən həddindən artıq kasıb ailələrə yardım göstəriləcək. Qoy onların bayramı bizdən fərqlənməsin.Hər ailə bol bazarlıqla və pulla təmin olunacaq”.
Bu dəfə DTX rəisinin oğlunun çağırış etdiyi həmin aksiya baş tutub. Murad Qulubəyli yardım aksiyasının foto və videolarını paylaşaraq yardım kompaniyasına qoşulan hər kəsə öz təşəkkürünü bildirib:
“Hər kəsə göstərdikləri yardıma görə minnətdaram! Çox sağ olun, əziz dostlar!!”

VİDEO BURADA​​​






Paylaş: