Qalmaqallı kosmetoloq barədə yazılanlar yalan çıxdı: “Ağ yalandır, biabırçılıqdır”
Tarix: 24-06-2017, 12:40



Son zamanlar başına gələn qalmaqallı proseslər ucbatından bir çox məşhur müğənniləri kölgədə qoyan peşəkar həkim-kosmetoloq Elnarə Rzayeva haqqında yalan-yalnış informasiyalar mətbuatda yer almaqdadır.
 
AZXEBER.COM xəbər verir ki, heç bir həqiqəti əks etdirməyən məlumatlarda Elnarə Rzayevanın öncə işlədiyi "Face studio” dan direktoru Rufat Bədirov tərəfindən qovulduğu yazılır. Hətta xəbəri heç bir faktsız yazan jurnalist Rufat Bədirovun ona müsahibə verdiyini bildirir. "Face studio” direktoru Rufat Bədirovla əlaqə saxladıq. R. Bədirov açıqlamasında bildirdi: " Çox təəssüf edirəm ki, mediada adımdan yalnış xəbər yazılıb. Bu biabırçılıqdır. Çünki mən Rufat Bədirov ümumiyyətlə heç bir jurnalistə müsahibə verməmişəm, doktor Elnarə Rzayeva haqqında bir kəlmə belə nə yaxşı, nə pis danışmamışam. İlk dəfə sizə müsahibə verirəm. Adımdan yalan yazanlar qanun qarşısında cavab verəcəklər. Bir insan haqqında yalan xəbər yazmaq, xəbəri uydurmaq nə məna verir axı ? Mən Elnarə xanıma hörmət edirəm. Biz dost kimi sağollaşmışıq və o fəaliyyətini digər yerdə davam edib. Günü bu gün də Elnarə xanım məndən nə isə xahiş edə bilər, həmçinin mən də ondan. Elnarə Rzayevaya hörmətlə yanaşıram və bildirmək istəyirəm ki, məni tanıyanlar bilir ki, o cür sözlər mənim leksikonuma aid deyil, ola da bilməz”. Doktor Elnarə Rzayeva ilə əlaqə saxladıq:
 
"Xəbəri mənim @dr_elnara_ adlı səhifəmə yolladılar. Oxuyub, şok keçirtdim. Həqiqətən bu cür yalan xəbərlər yazmaq, heç bir əsası olmadan bir insanı şərləmək nə deməkdir qanunlarımız o cür insanlara sübut edəcək. Artıq bu son idi, çünki aidiyyatı qurumlara mətbuat katibimlə birgə müraciət etdik və həmin qara piarımla məşğul olan saytı məhkəməyə verdik. Rufat Badirov mən "Face studio” da işləyəndə müdirim olub, hər zaman da işçilərinə hörmətlə yanaşıb. Düzü inanmadım ki, o haqqımda belə sözlər deyə. Zəng elədim ona mətn barədə məlumat verdim və o da bildirdi ki, yalandır və bu yalan xəbəri yazan sayt hökmən qanun qarşısında cavab verməlidir. Mən öz işimi çox-çox yaxşı bilirəm. Və bilirəm ki, dünyada tək Azərbaycanda deyil süni geli dodaq, üz və s. nahiyələrdən tək mən ağrısız, kəsiksiz, əməliyyatsız çıxardığım üçün bu cür insanlar mənimlə rəqabət aparmağa cəhd edirlər. Amma inanın bacarmayacaqsınız, sona kimi sizinlə mübarizə aparacağam. Çünki mən işimlə öndəyəm, siz isə yalan xəbərlər yazdırmaqla ... ". ƏLAQƏ
 
TEL: (055) 776 60 40 İNSTAGRAM SƏHİFƏSİNDƏN İŞLƏRƏ BAXIN: dr_elnara_










Paylaş: