Sərxandan Səbuhiyə: "Səni kişi bilirdim..."
Tarix: 23-06-2017, 12:33



“Maşın” realiti-şousu bitsə də, iştirakçıları arasındakı qalmaqal davam edir.
Axşam.az-ın məlumatına görə, bu dəfə aparıcı Sərxan Kərəmoğlu ilə yumorist Səbuhi Xanlarov dalaşıb. S.Xanlarov Sərxanın ünvanına tənqidlər səsləndirərək onu ikiüzlü adlandırıb.
S.Kərəmoğlu qarşı tərəfin sözlərinə sərt münasibət bildirib:
“Cavab versəm, sənin səviyyəndə olaram. Sənə xalq cavab verib. Sənə çox yazığım gəlir, çünki təlxəklik edib çörəkpulu qazanırsan. Nəyə gərəkdir bu səviyyəsiz danışıqların? Məni görəndə ayağıma düşürsən, arxada özünü reklam etmək üçün nə yollara əl atırsan. Ayıb olsun sənə. Mən səni kişi bilirdim, heyif və təəssüf”.

Paylaş: