Əməliyyatdan öncə Flora Kərimovanın SON İSTƏYİ ürək parçaladı: "Yalvardım ki..."
Tarix: 23-06-2017, 12:18


İyunun 21-də ikinci dəfə gözündən əməliyyat olunan xalq artisti Flora Kərimova hazırda özünü yaxşı hiss edir.
Əməliyyatdan sonra xalq artisti ilk açıqlamanı Yenicag.az-a verib:
“Mən həyatımda dörd dəfə insult keçirtmişəm, onların fəsadı canımdadır. Şükürlər olsun ki, ağzım əyilmədi, nitqimdə problemlər olmadı. Son insultdan sonra gözümdə problem yarandı. Sol gözümdə əməliyyat olunmuşdu, indi də sağ gözüm əməliyyat olundu. Paşa Qəlbinura çox inanırdım. Əməliyyat zamanı ona yalvardım ki, mahnılarımın mətni olan şeirlərindən söyləsin, dinləyim. Tibbi personal hamısı başıma pərvanə kimi dolanırdı. İndi çox yaxşıyam, gözümün sarğısı da açılıb. Bağdayam. Məni sevən, səhhətimə görə narahat olan xalqıma minnətdaram”.

Paylaş: