Könül Cavanşir Məmmədovun geyimi haqda: "Tamaşaçıya bu lazımdır"
Tarix: 17-06-2017, 14:05


Müğənni Könül Kərimova əməkdar artist Cavanşir Məmmədovun səs-küy yaradan tül koftasından danışıb. 

Axşam.az-ın məlumatına görə, ifaçı "Lider maqazin"ə açıqlamasında bildirib ki, həmin geyimə normal yanaşıb:

"Bu, 15-20 il əvvəl olsaydı, başqaları kimi heyrətlənərdim. İndiki dövrdə kim nə istəyir geyinir. Orda nə var ki... Ondan da heyrətləndirici geyimlər var. Tamaşaçı üçün bu cür geyimlər lazımdır. Onlar ciddi geyimlər qəbul etmirlər. Diqqətlə baxsaq hələ ən yaxşısı Cavanşir Məmmədovdur. Ondan betər geyinənlər var".

K.Kərimova modellərinmizin müğənnilik etməsi, açıq-saçıq geyinməsinə də münasibət bildirib:

"Modellər düşünür ki, hansı yöndə tutar-tutar da. Nə etsinlər, bacardıqları odur. Zamanın nəbzini tutmaq istəyirlər. Onların da xiridarları var. Elə özləri kimilər onlara baxır. Görün nə qədər tamaşaçıları var. Beş-on nəfərin diqqətini çəkmək onlara bəs edir".

K.Kərimova öz mahnısına "hit" deyənləri qınayıb:

"Kimin özünə nə xoş gəlir "hitdir" deyir. Qürurla deyə bilərəm ki, repertuarımda hit olan mahnılar çoxdur. Əgər sənin mahnını kimlərsə oxuyursa, demək hit olub. Yoxsa nə oxuyurlar özləri adını "hit" qoyurlar".



Paylaş: