Tallində azərbaycanlı rəssamın sərgisi keçirilir
Tarix: 23-09-2020, 09:15



Tallin Müəllimlər Evində azərbaycanlı rəssam Rövşən Nurun (Quliyev) "Yay" adlı rəsm sərgisinin açılışı olub.
Sputnik Azərbaycan xəbər verir ki, xəbər "bublik.delfi.ee" internet dərgisində nəşr olunub.
Qeyd olunur ki, Rövşən Nur 20 il Estoniyada yaşayıb və Tallin şəhərinin mənzərələri, Estoniya təbiəti ona çox yaxındır.
Sərgidə 30 rəsm əsəri nümayiş olunur. Sərgi 20 oktyabr 2020-ci il tarixinədək sənətsevərlərin üzünə açıqdır.


Paylaş: