Teatrşünas Kəmalə Cəfərzadənin vəfatından bir il ötür
Tarix: 31-07-2020, 11:33




Bu gün Azərbaycan teatrşünaslığının tanınmış nümayəndəsi, Əməkdar Mədəniyyət işçisi Kəmalə Cəfərzadənin vəfatının ildönümüdür.
Open.az xəbər verir ki, Kəmalə Cəfərzadə 1950-ci il avqustun 13-də Şirvan şəhərində anadan olub.
Kəmalə Cəfərzadə 1973-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Teatrşünaslıq” fakültəsini bitirib. Bir müddət AMEA Memarlıq və İncəsənət İnstitutunun Teatr və Kino şöbəsində çalışıb, 1977-ci ildən Azərbaycan Teatr Xadimləri İttifaqının Nəşriyyat şöbəsində baş redaktor, Yaradıcılıq şöbəsinin baş mütəxəssisi, rəisi, sədrin köməkçisi, 1998-ci ildən 2014-cü ilə kimi isə məsul katib vəzifəsində işləyib.
2014-cü ildən Azərbaycan Dövlət Tərcümə Mərkəzində şöbə müdiri vəzifəsində çalışıb.
Ömrünün son illərində Azərbaycan Bədii Tərcümə və Əlaqələr Mərkəzində əvvəlcə redaktor, sonra isə şöbə müdiri vəzifəsində çalışan Kəmalə Cəfərzadə 2013-cü ildə ölkə Prezidentinin Sərəncamı ilə Əməkdar mədəniyyət işçisi adına layiq görülüb.
2018-ci ilin dekabrından ağır xəstəliyə düçar olan Kəmalə Cəfərzadə 2019-cu il iyulun 31-də dünyasını dəyişib.
Qeyd edək ki, məlum vəziyyətlə əlaqədar olaraq Kəmalə Cəfərzadənin il mərasimi keçirilməyəcək. Yasamal qəbiristanlığında torpağa tapşırılan Kəmalə Cəfərzadənin ruhunu yad etmək istəyənlər, onun məzarını ziyarət edə bilərlər.
Allah rəhmət eləsin!



Teatrşünas Kəmalə Cəfərzadənin vəfatından bir il ötür
Teatrşünas Kəmalə Cəfərzadənin vəfatından bir il ötür


Paylaş: