"Facebook"dan erməni fitnəsi - "Əgər azərbaycanlılar profillərinizi şikayət etsə..."
Tarix: 24-07-2020, 12:07



Ermənistanla Azərbaycan arasında gərginliyin artması səbəbindən son günlər sosial şəbəkələrdə kütləvi şəkildə qarşılıqlı olaraq bloklama prosesi həyata keçirilir. Ermənilər kütləvi halda azərbaycanlılara aid sosial şəbəkə hesablarını şikayət edərək, bağlamağa çalışırlar. Eyni zamanda, azərbaycanlılar da, bayrağımızı, şəhidlərimizi təhqir edən ermənilərin profillərini blok edirlər.

Milli.Az bildirir ki, "Facebook"da işləyən Maryam Sulakyan vəzifəsindən sui-istifadə edərək "report" olunmuş erməni profillərindən şikayətləri silib. O, bununla bağlı Tvitterdə status yazıb və bildirib ki, əgər azərbaycanlılar profillərinizi şikayət etsə, sadəcə, mənə profilinizin linkini atın, mən onları silməyə çalışacağam.

Onun bu statusu sosial şəbəkələrdə narazılıqlara səbəb olub. Onlarla insan Maryamla bağlı "Facebook"un qurucusuna yazılı müraciət edərək onun işdən qovulmasını tələb edib.

"Facebook"dan erməni fitnəsi - "Əgər azərbaycanlılar profillərinizi şikayət etsə..." - FOTO

Paylaş: