Baş redaktor “Marja”nın fəaliyyətini DAYANDIRDI
Tarix: 14-07-2020, 11:42



“Təəssüf ki, çox ciddi xəstəliyimlə əlaqədar Marja.az-ın fəaliyyətini daydırmaq qərarı verdim”.
Modern.az-ın məlumatına görə, bunu adı çəkilən saytın rəhbəri Seymur Yunusov bildirib.
 
S.Yunusov qeyd edib ki, işçilərin hesabına saytın fəaliyyətinin davam etdirilməsinə çox çalışıb:
“Lakin istədiyim səviyyə alınmadı. Operativlik, fərqlilik itirdi, müştərilərlə əlaqələr pisləşirdi. Saytın sahibi olmaqla bərabər ona redaktorluq edirdim, xəbərlərin yayımlanıb-yayımlanmamasına qərar verirdim. Bu, çox məsuliyyətli məsələdir, bunu işçilərin ixtiyarına buraxmaq olmaz. Eyni zamanda bir çox xəbərlər mənim tərəfimdən hazırlanırdı. Xəstəlik həm jurnalistlik, həm də redaktorluq fəaliyyətimə aman vermir.
Marja.az-ın oxucularından və müştərilərindən üzr istəyirəm”.

Jurnalist ötən müddət ərzində dəstək verən hər kəsə təşəkkür edib:
 
“Sizlərə çoxlu minnətdarlığımı bildirirəm. Həmişə canınız gümrah, əhval-ruhiyyəniz yüksək, işləriniz avand olsun”.

Paylaş: