Azərbaycanda serial çəkilişinə sərf olunan pulun məbləği açıqlandı
Tarix: 24-06-2020, 11:24



2019-cu il ərzində Azərbaycanda prodüser qrupları televiziya kanallarından 7 milyon 800 min manat cəlb ediblər.
Trend-in məlumatına görə, bu məbləğin 7 milyon 450 min manatı (95%-dən çoxu) serial istehsalına sərf olunub.
Bununla yanaşı, yerli serialların çəkilişinə xərclənən məbləğin 90%-dən çoxu dövlətdən və kommersiya strukturlarından dotasiya almayan 3 özəl telekanal tərəfindən cəlb olunub.
Televiziya və radio kanallarının kommersiya fəaliyyəti nəticəsində ümumən 31 milyon manat gəlir əldə olunub ki, bu məbləğin 26 milyon manatı televiziya reklamının, 5 milyon manatı isə radio reklamının payına düşür.

Paylaş: