Bu gün "YUĞ" Dövlət Teatrına getməyə dəyər
Tarix: 14-06-2017, 11:52


«METAMORFOZA»
Səidə Haqverdiyevanın hekayələri əsasında
bir hissəli somnambulistik reportaj
PRESS – RELİZ
Quruluşçu rejissor – Günay Səttar
Quruluşçu rəssam – Umay Həsənova
Musiqi tərtibatı – Amid Qasımov
İştirakçılar:
Mən – Zümrüd Qasımova
Sən - Oqtay Mehtiyev
O – Elgün Həmidov
*** *** ***
Loq-line: Üç naməlum şəxs düşdükləri şəraitdə islah olmaq üçün “özlərini kənardan görməyi” oynamağa başlayaraq, nəticədə anbaan zamandan qopurlar. Qurtulmaq üçün uşaqlaşırlar.
Plot-line: Sonrakı peşmançılıq olsa belə, gerçək həyatda səhvlərin cəzası qaçılmazdır.
Müəllif intensiyası: Sosium problemləri bir çoxlarımızı maddi, mənəvi məngənəyə salır, çıxılmazlıq içində qalan fərdlər çıxış yolunu daha asan hesab etdikləri ugursuz yolda tapırlar.
Bu yolun səhv olduğunu anlayan insan oynamaqdan, uşaqlıq etməkdən çəkinmir və ruhunda işıq yandırmağa, həyatla barışmaga çalışır. İçindəki pislik, zorakılıq oyuna çevrilibsə, demək ki, islah olubsan.
Tamaşanın xronometrajı 60 dəqiqədir.
Premyera tarixi: 14 iyun 2017-ci il

Paylaş: