Bəstəkar Rauf ƏIiyev vəfat etdi
Tarix: 14-06-2017, 09:36



Bəstəkar Rauf ƏIiyev 70 yaşında vəfat edib.
Bu barədə APA-ya Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından məlumat verilib. Rauf Əliyevin ürək tutmasından dünyasını dəyişdiyi bildirir. Bəstəkar bu gün Bakıda dəfn olunacaq.

Rauf Əliyev 1947-ci il mayın 1-də Azərbaycanın Şuşa şəhərində anadan olub.

Rauf Əliyev 90-a yaxın - "Azadlığa gedən yollar", "İşığını əsirgəmə", "Yalan", "Fəryad", "Azərbaycan haqqında həqiqət", "Kənar adamlar", "Qara Volqa", "Vahimə" və digər Azərbaycan filmlərinə musiqi bəstələyib, 10-a yaxın mahnının müəllifidir.

Allah rəhmət eləsin.

Paylaş: