"Muğam müsabiqəsi"nin xüsusi mükafatını qazanan qız kimdir?
Tarix: 13-06-2017, 12:54



AzTV-də yayımlanan “Muğam müsabiqəsi 2017” başa çatıb.
Axşam.az-ın məlumatına görə, gənc xanəndələrin yer aldığı müsabiqə üç ay davam edib.
Müsabiqədə birinci yeri Pərviz Qasımov, ikinci yeri Səma Sultanova və Rəvanə Əmiraslanlı, üçüncü yeri isə Nurlan Namazov, Valid Abdullayev və Məcid Əsri tutublar.
“Muğam müsabiqəsi”nin xüsusi mükafatı olan qran-prini isə 15 yaşlı Almaxanım Əhmədli qazanıb.
Qeyd edək ki, Almaxanım şair Vüqar Əhmədin övladı, müğənni İzzət Bağırovun bacısı qızıdır. Almaxanım Səid Rüstəmov adına Musiqi məktəbinin beşinci sinfində oxuyur. O, dəfələrlə atası ilə verilişlərdə qonaq olub. A.Əhmədlinin bir neçə klipi də var.





Paylaş: