Xalq artistinə ağır itki üz verib
Tarix: 1-04-2020, 12:51



Azərbaycanın Xalq artisti Canəli Əkbərova ağır itki üz verib.
UlduzumSan.Az qaynarinfo-ya istinadən xəbər verir ki, sənətçinin qardaşı Əkbərov Fərail Xanəli oğlu facəvi şəkildə həlak olub.
Belə ki, Fərail Əkbərov martın 30-da Rusiyanın Sankt Peterburq şəhərində avtomobil qəzasına düşərək dünyasını dəyişib. Mərhumun nəşini karantin səbəbindən iki ölkə arasında hava və dəmir yolu nəqliyyatı bağlı olduğu üçün Azərbaycana gətirə bilmirlər.

Paylaş: