ONA İnformasiya Agentliyinin 1 yaşı tamam olur
Tarix: 24-02-2020, 10:15




Onlayn Xəbər Agentliyi (Online News Agency - ONA) MMC-nin yaranmasından 1 il ötür.
APA2019-cu il fevralın 11-də Ədliyyə Nazirliyində qeydiyyatdan keçib, həmin il fevralın 24-də fəaliyyətə başlayıb.
Agentliyin əsas iş prinsipi dəqiqlik, operativlik, tərəfsizlik, məqsədi ölkədə və dünyada baş verən ən mühüm siyasi, iqtisadi və digər yenilikləri operativ və obyektiv şəkildə işıqlandırmaqdır.

APAonlayn rejimdə Azərbaycan, Rus və İngilis dillərində xəbərlər yayımlayır. İnformasiya bloklarında Azərbaycanın siyasi, iqtisadi, sosial, mədəni və idman həyatına dair məlumatlarla yanaşı, regionda və dünyada baş verən hadisələr barədə xəbərlər, məqalələr yer alır.
ONA-nın foto və video, iqtisadi və siyasi mövzularda analitika xidmətləri də var.

Paylaş: